19 Dekabr, 2014
Şərab qurbanları, yaxud şeytanın təlxəkləri - FOTOLAR

Allah insanın şəxsiyyətinə hörmət edir. Bu səbəbdən həmişə insana da onu digər varlıqlardan fərqləndirən ağılla hərəkət etməyi məsləhət görür. Müqəddəs kitabımız Quran dəfələrlə ağıla vurğu vurur. “Heç düşünmürsünüzmü?”, “Heç təfəkkür etməzsinizmi?” kimi suallarla ağıla, düşüncəyə, təffəkkürə verdiyi önəmi gözlər önünə sərir. Bu səbəbdən də ağılı örtən, onu insanın əlindən aparan vasitələrin hamısını insana qadağan edir.

Qurani-Kərim Maidə surəsi, 90-cı ayəsində buyurulur: “Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan çirkin şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız!”. Gördüyümüz kimi Allah bu ayədə şərabı insan övladına haram buyurur. Bu buyuruğun məntiqi əsaslara söykəndiyinin həyatımızda dəfələrlə şahidi olmuşuq. Səhhətimizlə yanaşı şərabın cəmiyyət içərisindəki imicimizə, şəxsiyyətimizə vurduğu zərbələr təqdim etdiyimiz fotolardan açıq-aydın görünür.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!