19 Dekabr, 2014
Serj Sarkisyan Moskvaya gedir

Ermənistan prezidenti Serj Sarkisyan dekabrın 22-də axşam saatlarında Rusiya Federasiyasına işgüzar səfərə yollanacaq.

Simsar.az Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Serj Sarkisyan Moskvada keçiriləcək Avrasiya Ali İqtisadi Şurasının iclasında və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sessiyasında iştirak edəcək.

Hüseyn İbadlı

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!