19 Dekabr, 2014
Bakıda zəncirvari qəza: 1 ölü, 4 yaralı - FOTO

Bakıda zəncirvarı yol qəzası baş verib.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün 16.00 radələrində rayon ərazisində yerləşən “Nargilə” kafesinin qarşısında qeydə alınıb.

Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Nurşirəvan Sahib oğlu Qurbanovun idarə etdiyi “Azsamand” markalı avtomobil sürücüsü məlum olmayan avtomobillərə - “Audi”, BMW, Ford və “VAZ 2107” markalı avtomobillər çırpılıb. Qəza zamanı N. Qurbanov hadisə yerində dünyasını dəyişib, digər avtomobillərdə olan  sərnişinlər, 1988-ci il təvəllüdlü Rəşad Fazil oğlu Hüseynov, 1975-ci il təvəllüdlü Sədaqət Camal qızı Axundova, 1988-ci il təvəllüdlü Sərxan İlqar oğlu Bağırov, 1980-ci il təvəllüdlü Emin Eminəli oğlu Hüseynov muxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!