19 Dekabr, 2014
Azərbaycan millisi UEFA reytinqində 37-cidir

UEFA qadınlardan ibarət milli komandaların yeni reytinq siyahısını açıqlayıb. Simsar.az xəbər verir ki, son dörd ilin nəticələrinə əsasən tərtib edilən cədvəldə 48 komanda yer alıb. Aktivində 11,375 reytinq xalı olan Azərbaycan millisi 37-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya Almaniya millisi başçılıq edir. Hesabında 43,665 xalı olan Bundestimi Fransa (42,552 xal) və İsveç (42,433) izləyirlər.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!