19 Dekabr, 2014
Bu veriliş türk əxlaqını pozduğuna görə cərimələndi – VİDEO

Türkiyənin Kanal D kanalında yayımlanan “Ben bilmem eşim bilir” müsabiqəsi qalmaqal yaradıb.

Cütlüklərin qatıldığı yarışmada həyəcanlı anlar yaşanıb. Belə ki, kişi iştirakçıların tanımadıqları rəqqasə ilə rəqs etdirilib, intim yerlərinə pul basmaq yarışma şərti olub. Bu addımla guya cütlüklərdə qısqanclıq yaratmaq istəyən yarışma təşkilatçıları və Kanal D cəzalandırılıb. RTÜRK Kanal D-yə pul cəzası verilib.

RTÜRK bildirib ki, bu buraxılışdakı rəqqasənin kişilərlə rəqsi həmin kişilərin yoldaşlarını aldatmağa təşviqedici və ailə dincliyini pozan bir mühit təqdim edir. Bu ümumi əxlaqa və türk ailəsinə zidd təqdimatdır. Müsabiqə formatının ailə quruluşunu zədələyə bilməsi və qadınların cinsi orqanlarını diqqət mərkəzində olması cəza üçün zəmin yaradıb.(atvxeber.az)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!