19 Dekabr, 2014
ABŞ səfiri: “Qərarı Azərbaycan və Ermənistan prezidentləri verməlidir"

“ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində yollar tapmağa çalışır”. APA-nın Ermənistan mətbuatına  istinadən verdiyi məlumata görə, bunu səlahiyyət müddəti başa çatan ABŞ-ın Ermənistandakı səfiri Con Heffern yekun mətbuat konfransında deyib.

Vasitəçilərin əsas məqsədinin tərəfləri müzakirə üçün bir masaya gətirməkdən ibarət olduğunu qeyd edən diplomat vacib siyasi qərarların prezidentlər səviyyəsində verilməli olduğunu söyləyib: "İkitərəfli əməkdaşlıq üçün başqa formatlar da var.  Həmsədrlər də prezidentlər səviyyəsində təmasları gücləndirəcək bu formatları tapmağa çalışır".


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!