19 Dekabr, 2014
Ermənistana şərt qoyuldu

Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulduqdan sonra Dağlıq Qarabağ [Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisi] bu ittifaqa qoşulmayacaq. Bunu Belarusun xarici işlər nazirinin birinci müavini Aleksandr Mixneviç bu gün Ermənistanın Aİİ-yə qoşulması haqqında müqavilənin paraflanmasına dair qanun layihəsini təqdim edərkən bildirib. Trend xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

Xarici işlər nazirinin birinci müavini izah edib ki, Ermənistan tərəfi bu məqama şərt qoyan nota hazırlayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!