25 Aprel, 2011
Məşhur telelayihədə partlayış

“Dom-2”-da faciə yaşandı 

Aprelin 24-də səhər Rusiya TNT 2 televiziyasının ən böyük layihəsi olan “Dom - 2”-nın çəkiliş məkanında partlayış baş verib. Nəticədə iki mühafizə işçisi xəsarət alıb.

Səhər saatlarında baş verən hadisədən bir neçə dəqiqə sonar ərazidə hərbçi torbası tapılıb. Onun içərisində partladıcı qurğu olub-olmaması ilə bağlı jurnalistlərə açıqlama verilməyib.

Hadisəni araşdıran istintaq qrupunun müstəntiqi lərinin məlumatına görə partlayışı törədən şəxsin kimliyi bəllidir.

Rusiya hüquq-mühafizə orqanlarından yayılan xəbərdə deyilir ki, axşam saatlarına yaxın hadisədə şübhəli bilinən Novokuzneçskdə yaşayan Serqey Lyapin saxlanılıb.

İlkin versiyaya görə, saxlanılan S.Lyapin telelayihənin iştirakçısı Vlad Kadonini bir neçə dəfə ölümlə hədələyib. Onların münasibətlərindəki gərginliyin hardan yarandığı və bu şəxslərin bir-birini necə tanıdığı ətrafında istintaq araşdırması aparılır.

Partlayışda şübhəli bilinən şəxs telelayihənin iştirakçısı deyil. Layihənin taçmaşaçılarına bəllidir ki, hədələnən iştirakçı-Vlad Kadoni ekstrasenslik fəaliyyəti ilə məşğul olur. Müstəntiqlər bu məqama da xüsusi diqqət yetirir.

Anar İsaoğlu

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!