19 Dekabr, 2014
“Qarabağ” bolqar klubu ilə qarşılaşa bilər

Azərbaycan çempionu “Qarabağ” qış fasiləsində hazırlıq prosesini Türkiyədə keçəcək. Simsar.az xəbər verir ki, toplanış çərçivəsində bir neçə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Artıq, Ağdam təmsilçisinin qarşılaşa biləcəyi rəqiblərdən birinin adı bəllidir. Bu, Bolqarıstanın “Çerno More” klubudur. Bu barədə məlumat verən Varna təmsilçisinin baş məşqçisi Nikolo Spasov “Qarabağ”la qarşılaşa biləcəklərini qeyd edib.

“Çerno More” klubu Bolqarıstan çempionatında 19 turdan sonra 8-ci pillədə qərarlaşıb.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!