19 Dekabr, 2014
Lütfi Zadə: “Azərbaycan çox şanslıdır ki...”

“Azərbaycanın yerləşdiyi region qeyri-stabil olmasına baxmayaraq, bu vəziyyət ona təsir etməyib. Savadlı uzaqgörən rəhbərlik və təbii ehtiyatlar, xüsusən neft-qaz ölkənin inkişafına şərait yaradır”.

Simsar.az-ın məlumatına görə, bunu dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə Azərbaycan Alimlərinin birinci Qurultayının iştirakçılarına ünvanladığı video-müraciətində deyib.

O bildirib ki, Azərbaycanın yeni təşəbbüslər həyata keçirməsinə imkanı var: “Kosmosa çıxış, Avropa oyunları,Evrovision kimi yarışmalar Azərbaycanı dünyada tanıdır.  Bilirsiniz ki, mən Azərbaycanda anadan olmuşam. Xaricdə yaşasam da Azərbaycan hər zaman mənim ürəyimdə olacaq. Azərbaycan çox şanslıdır ki, onun rəhbərliyində olan şəxslər çox bacarıqlıdır. Azərbayca informasiya kommunikasiya sahəsində bir çox yeniliklər həyata keçirir”.

Lütfi Zadə deyib ki, Azərbaycanın gələcəyi barədə optimist mövqedədir.

Aysel Kərimova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!