19 Dekabr, 2014
Əli Abbasov: “Bu, innovativ texnologiyanın inkişafına təkan verəcək”

“İnnovativ texnologiyanın əsas istiqaməti texnoloji tədqiqatlar, elm və iqtisadiyatın bir-birilə qarşılıqlı əlaqəsidir. Elm və iqtisadiyyatın əlaqəli olması innovativ texnologiyanın inkişafına təkan verəcək”.

Bunu Azərbaycan Alimlərinin birinci Qurultayında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

O bildirib ki, Azərbaycan “2020 Gələcəyə baxış inkişaf konsepsiyası” qarşımıza bir neçə istiqamət qoyub: “Bu gün işlədiyimiz Qərb modeli əsasında həyata keçirilən layihələr xüsusi önəm kəsb edir. Ümumdünya məhsulunun 50 fazini dünyanın inkişaf etmiş şirkətləri istehsal edir. Tətbiqi elmin və innovativ texnologiyanın inkişafı ilə Azərbaycan da bu cür şirkətlər arasında yer almalıdır. Artıq qeyd olunan “Gələcəyə baxış inkişaf konsepsiyası” əsasında bir çox dövlət proqramları ilə iqtisadi inkişafın istiqaməti müəyyən edilib. 80-ci illərdən sonra böyük bilik axını yaranmağa başladı. Yüksək texnoloji sektorun inkişafı üçün sovetlər dövrünün qırıntılarından xilas olmağa başladıq. Prezident İlham Əliyevin göstərişi ilə texno parkları, sənaye mərkəzləri yaradılıb. Bu innovativ texnologiyanın inkişaf istiqamətləridir”.

O əlavə edib ki, regional bazarların inkişafı və dünyaya çıxarılması üçün bu layihələrin xüsusi önəmi var: “Elmin İnkişaf Fondu, İnvestisiya Fondunun yaradılması dövlət tərəfindən innovativ sahibkarlığın inkişafı üçün xüsusi imkanlar açıb. Düşünürəm ki, bu gün bu qurultayla yeni elmin inkiafı üçün mövzuların formatına çevriləcək”.

 

Aysel Kərimova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!