19 Dekabr, 2014
Akif Əlizadə Təhsil Nazirliyini vurdu...

“Təhsil proqramları müasir tələblərə tam cavab vermir. Tələbələrin biliyini intensiv artırmaq üçün yeni texnologiyaların tədrisinə böyük ehtiyac yaranıb. Bu cür proqramlar elmlə təhsil arasında əlaqələndirici körpü rolunu oynaya bilər”.

Simsar.az xəbər verir ki, , bu sözləri AMEA prezidenti Akif Əlizadə Azərbaycan Alimlərinin birinci Qurultayında deyib.

A.Əlizadə deyib ki, tələbələr bəzi hallarda müəyyən qədər köhnəlmiş metodikalarla qarşılaşanda istər təbiət, istərsə də humanitar elmlərə geniş planda lazımi diqqət göstərmirlər: “Bu problemin aradan qaldırılması üçün müzakirələr təşkil edilməlidir”.

A.Əlizadə onu da vurğulayıb ki, belə tədbirlərdən biri kimi ölkə rəhbərliyinin dəstəyi ilə Akademiyada magistratura təhsilinin təşkilinə artıq start verilib.

 

Aysel Kərimova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!