19 Dekabr, 2014
AMEA prezidenti: “Fəal gənclər elmdən daha çox ora meyl edirlər”

“Bu gün xarici ölkələrdə 500-dən artıq azərbaycanlı alim çalışır. Bu, böyük qüvvədir. Həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda fəaliyyət göstərən alimlər dövlətimizin, xalqımızın maraqları, onun intellektual potensialının inkişafı naminə öz qüvvələrini səfərbər etməlidirlər”.

Simsar.az xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti Akif Əlizadə Azərbaycan Alimlərin birinci Qurultayında səsləndirib.

Akademiyanın problemlərinə toxunan A.Əlizadə onu da vurğulayıb ki, gənc mütəxəssislərin elmə cəlb edilməsində çətinliklər var:

“Özəl sektorda əmək haqqı yüksək olduğundun fəal gənclər elmdən daha çox ora meyl edirlər. Buna görə də gənclərin elmə axınını gücləndirmək üçün institutlarda imkanlar yaradılmalıdır. Onlara əlavə maddi dəstək verilməlidir. İstər Azərbaycan Elmlər Akademiyasında, istərsə də respublikanın başqa elmi-tədqiqat qurumlarında gənclər siyasəti elmi kollektivlərdə ciddi şəkildə müzakirə edilməli və bunun əsasında həm Akademiyaya, həm də bütövlükdə elmə gənc alimlərin cəlb edilməsi siyasətinin başlıca prinsipləri hazırlanmalıdır”.

Onun sözlərinə görə, “İlin ən yaxşı alimi” adlı qrantın təsis edilməsi də məqsədəuyğundur: “Bu qrant bizim aparıcı alimlərə imkan verər ki, həm daha yaxşı işləsinlər, həm də Qərbin nüfuzlu elmi mərkəzlərində və universitetlərində ixtisaslarını artıra bilsinlər”.

 

Aysel Kərimova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!