19 Dekabr, 2014
Şehiç daha iki il “Qarabağ”da

Avropa Liqasındakı çıxışını dayandıraraq, bütün diqqətini ölkə çempionatına yönəldən “Qarabağ” klubu müqaviləsinin sonuna az qalmış futbolçularla danışıqlara başlayıb. Simsar.az Apasport.az-a istinadən xəbər verir ki, Ağdam klubu İbrahim Şehiçlə yeni müqavilə barəsində razılığa gəlib. Tərəflər bu gün danışıq masası arxasında əyləşəcəklər. Qüvvədə olan sözləşməsi gələn ilin yayında başa çatacaq Şehiçin “köhlən atlar”la yeni 2 illik müqaviləyə qol çəkəcəyi gözlənilir.

Karyerası ərzində “Jelezniçar” və “Mersin İdmanyurdu” klublarının da formasını geyinən Şehiç 2013-cü ildən “Qarabağ”ın uğurları üçün çalışır.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!