19 Dekabr, 2014
İçkilərin idxalı artıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan ixrac edilən spirtli və spirtsiz içkilərin ümumi dəyəri 30 054,89 min ABŞ dolları olub. Simsar.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% çoxdur.

Hesabat dövrü ərzində ölkədən ixrac edilən spirtli və spirtsiz içkilər ümumi ixracın 0,15%-ni təşkil edib.

Eyni zamanda, bu ilin 11 ayında Azərbaycana ölkəyə 65 507,88 min dollar dəyərində spirtli və spirtsiz içkilər idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,1% çoxdur. Spirtli və spirtsiz içkilər 2014-cü ildə Azərbaycanın ümumi idxalının 0,8%-nə bərabər olub.

Qeyd edək ki, hər iki göstəricinin strukturuna sirkə də daxildir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!