19 Dekabr, 2014
Orta məktəbdə bıçaqlanma

Bakıdakı orta məktəbdə qan tökülüb. Bu gecə Xətai rayonu ərazisində yerləşən 261 saylı orta məktəbin həyətində 27 yaşlı Kamran Xəlilov bıçaqlanıb.

Milli.az-ın verdiyi məlumata görə, onu gecə saat 23 radələrində qan içərisində xəstəxanaya çatdırıblar.

Döş qəfəsini deşib keçən bıçaq onun daxili orqanlarını da zədələyib.

Xətai rayon Polis İdarəsindən aldığımız məlumata görə, K.Xəlilovu tanımadığı şəxs bıçaqlayıb.

Hazırda polis tərəfindən araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!