19 Dekabr, 2014
Paytaxtda su problemi - Məhdudiyyət

Bu gün Bakının bəzi küçələrində içməli suyun verilişi məhdudlaşdırılacaq.

“Azərsu” ASC-dən Simsar.az-a verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu Salamzadə küçəsindən keçən magistral su xəttinə birləşmənin verilməsi ilə əlaqədar dekabrın 19-da gün ərzində 3-cü Alatava yaşayış massivinin, A. Salamzadə, C. Məmmədquluzadə küçələrinin bir hissəsinə və hərbi şəhərcik ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!