19 Dekabr, 2014
Türkiyədə mədən işçiləri tətil edir

Türkiyənin Zonquldağ vilayətində kömür mədənlərinin işçiləri tətil edirlər. Bu barədə cümə günü Simsar.az “TRT Haber” telekanalına istinadən xəbər verir.

Onlar mədəndə çoxsaylı işçilərin ixtisarına etiraz edirlər.

400-dən artıq işçi mədənlərə enərək yerin altında işdən çıxarılanların geri qaytarılması tələbi ilə tətil edirlər.

İşdən qovulanların dəqiq sayı açıqlanmır.

Türkiyə ərazisində 740 kömür mədəni fəaliyyət göstərir. Həmin mədənlərdə 48 706 insan çalışır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!