19 Dekabr, 2014
Azərbaycan alimlərinin I Qurultayı başladı

Azərbaycan alimlərinin I Qurultayı öz işinə başlayıb.

Simsar.az-ın məlumatına görə, AMEA, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdən əvvəl qurultay nümayəndələri Fəxri Xiyabanda ümumilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) keçirilən qurultayda respublika üzrə dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarında elmi fəaliyyətlə məşğul olan müəssisələrin səlahiyyətli nümayəndələri, həmçinin xarici ölkələrdə yaşayan nüfuzlu azərbaycanlı alimlər iştirak edir.

Aysel Kərimova

Foto: Nuranə Novruz

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!