23 Aprel, 2011
Yığmamıza yeni kapitan

Şahmat üzrə Azərbaycan yığmasına yeni kapitan təyin olunub

Simsar.az-ın məlumatına görə, bu haqda jurnalistlərə Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov məlumat verib. 

Rüstəmov bildirib ki, bu vəzifə ukraynalı mütəxəssis Vladimir Tukmakova həvalə edilib. Tukmakov eyni zamanda “SOCAR-Azərbaycan” şahmat klubunun da kapitanı olacaq. 65 yaşlı kapitan bu il millimizi Avropa və dünya çempionatlarına hazırlayacaq. Federasiya prezidenti yığmamızın Tukmakovla birgə uğur qazanacağına inandığını bildirib.

Qeyd edək ki, Vladimir Tukmakov şahmatçı kimi çıxış etdiyi illərdə Bakıda keçirilmiş 40-cı SSRİ çempionatından sonra qrossmeyster adını alıb. Həmin çempionatda Tukmakov 2-ci yeri tutub. O, yeni təyinatadək çalışdığı Ukrayna yığması ilə 2 dəfə olimpiya çempionu tutuluna sahib olub. Tukmakov millimizdən ötən il istefaya göndərilmiş Zurab Azmayparaşvilini əvəzləyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!