19 Dekabr, 2014
ABŞ sənayesi Kuba “yol”unda – Sanksiyalar qalxır

ABŞ-la Kuba arasında buzların əridiyini, yavaş-yavaş siyasi böhranın aradan qaldırıldığı haqda artıq informasiyalar yayılmaqdadır.

Simsar.az xəbər verir ki, ABŞ-ın iri avtomobil şirkətlərindən olan “General Motors”un təmsilçisi Pat Morrissey mətbuata açıqlmasında bildirib ki, vəziyyət onları cəsarətləndirib və bu fürsətdən istifadə edəcəklər.

“Chrysler” şirkəti də əməkdaşlıq yolları aradığını söyləyib.

Ümumilikdə isə bu yumşalmadan sonra ABŞ-ın iri şirkətləri yeni bazara girmək üçün hərəkətə keçiblər.

Qeyd edək ki, ABŞ-ın Kubaya 1962-ci ildə avtomobil ixracına sanksiya tətbiq etməsi ilə adaya heç bir yeni avtomobil girməmişdi.

Lakin adaya avtomobil satışı başlanması üçün öncə konqresin bütün sanksiyaları qaldırması lazımdır. Ancaq sanksiyalar qalxsa belə ayda təxminən 30 dollar qazanan Kubalıların yeni avtomobilləri almağa güclərinin çatacağı məsələsi sual altındadır.

İki ölkə arasında sülhü sevən yalnız avtomobil istehsalçıları deyil.

Peterson Beynəlxalq İqtisadiyyat İnistutu mütəxəssisləri sanksiyaların qalxması ilə Kubaya ixracatın ildə 360 milyon dollardan 4.3 milyard dollar qalxacağını hesab edirlər. Kubada isə idxalatın 5.8 milyarda yüksələ biləcəyi bildirilir.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!