19 Dekabr, 2014
Almaniyada türkiyə casusları aşkar edildi - İDDİA

Türkiyə ilə Almaniya arasında siyasi gərginliyin daha da artacağı gözlənilir.

Simsar.az xəbər verir ki, Türkiyə kəşviyyatına casusluq etməkdə  ittiham edilən 3 türkiyəli Almaniya Federal Məhkəməsinin qərarı ilə  həbs edilib.

Məhəməd Taha (58), Göksəl G. (33) Frnakfurt hava limanında, Əhməd Duran (58) isə Ren-Vestfalya əyalətindəki evində həbs edilib.

Məhəməd Tahanın Əhməd Duran və Göksəli yönləndirdiyi, onların Almaniyada yaşayan türklər və təşkilatlanmalar barəsində Türkiyə kəşviyyatı üçün məlumat topladıqları iddia edilib.

Üç türkün həbsi və Məhəmməd Tahanın Türkiyə hökuməti ilə bağlantısı olması haqda iddialar da Ankaranı hərəkətə gətirib.

Türkiyə rəsmi dairələrindən verilən açıqlamada isə, həbs olunanların Türkiyə Milli İstiqbarat qurumu tərəfi ilə heç bir bağlantısının olmadığı bildirilib.

Həmçinin bu həbslərin Ərdoğanın Avropa Birliyinə qarşı sərt çıxışlarından sonra baş verməsinə də diqqət çəkilib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!