18 Dekabr, 2014
Rafael və Coşqun əməkdar artist oldular

Bu gün prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzaladı.

Simsar.az-ın məlumatına görə, sərəncama əsasən 10 nəfər əməkdar artist fəxri adını qazanıb.

Onların arasında 3 yumor ustası var. Yeni əməkdar artistlər tanınmış aparıcı-şoumen Murad Dadaşov və “Bu şəhərdə”nin qəhrəmanları Rafael İsgəndərov və Coşqun Rəhimovdur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!