18 Dekabr, 2014
Ara qarışdı, klub prezidenti meydana girdi - FOTOLAR

Bu gün Sumqayıtda keçirilən "Sumqayıt" - "Qəbələ" matçında növbəti hakim qalmaqalı yaşanıb.

Simsar.Az-ın rekord.az saytına istinadən yaydığı xəbərə görə, matçın baş hakimi Rəhim Həsənovun qarşılaşmanın son dəqiqələrində meydan sahiblərinin qapısına təyin etdiyi, oyunu izləyən jurnalistlərin şübhəli adlandırığı penalti aranı qarışdırıb.

"Sumqayıt" futbolçuları hakimə kəskin etiraz etsələr də, qərar dəyişməyib. Topa yaxınlaşan Cavid Hüseynov isə qonaqları məğlubiyyətdən xilas edib. Hakimin final fitindən sonra isə ara yenidən qarışıb. Azarkeşlər referini təhqir edərək, onun ünvanına qeyri-etik ifadələr səsləndiriblər, üzərinə butulka və alışqan atıblar. "Sumqayıt"ın prezidenti Kamran Quliyev isə birbaşa meydanya daxil olaraq Rəhim Həsənova etirazını daha kəskin şəkildə bildirib. Klub prezidenti üzünü Rəhimə, əlini isə tribunaya tutaraq "eşidirsən, sənə nə deyirlər" ifadəsini işlədib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!