18 Dekabr, 2014
“Kəlağayım – əlvan örpəyim” – SƏRGİ

Bu gün Azərbaycan Xalça Muzeyində “Kəlağayım-əlvan örpəyim” adlı sərgi keçirilib.

Simsar.az xəbər verir ki, sərgidə muzeyin “Parça, tikmə, geyim” kolleksiyasından XIX əsrə aid kəlağayılar, “Şəki İpək” Açıq Səhmdar Cəmiyyətinin, İsmayıllı rayonunun Basqal qəsəbəsindən Rəna İbrahimbəyovanın, rəssam Hüseyn Həsənovun kəlağayılarından ibarət “Yol” adlı kompozisiyası və eləcə də gənc dizayner Mənzər Hacıyevanın yaratdığı kəlağayılar nümayiş olunub.

Tədbiri giriş sözü ilə mərkəzin direktoru Röya Tağıyeva açıb. Daha sonra tədbirdə iştirak edən Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək sərginin əhəmiyyətindən danışıb.

Qeyd edək ki, sərgi iştirakçılarına müxtəlif qiymətlərə, müxtəlif dövrlərə aid kəlağayılar nümayiş etdirilib. Sərgilənən ən qədim kəlağayılardan birinin 150 yaşı olub.

Nigar Məhərrəmova

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!