18 Dekabr, 2014
“Boko Haram” 200 nəfəri qaçırdı

Nigeriyanın Borno əyalətində bir kəndən ən az 200 nəfər insanın “Boko Haram” təşkilatı tərəfindən qaçırıldığı bildirilib.

Simsar.az xəbər verir ki, təşkilatın qaçırdığı 200 nəfərin arasında qadınlar və uşaqlar da olub. Qeyd edək ki, “Boko Haram”ın bir neçə ay öncə bir məktəbli yataqxanasından qaçırdığı 200-dən çox qız hələ də təşkilatın əlində əsirdir. Ümumiyyətlə, son 5 ildə 13 min adam bu təşkilatın silahlıları tərəfindən qətlə yetirilib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!