18 Dekabr, 2014
Məşhur aktyor xəstəxanaya aparıldı

Türkiyə kinosunun ustad aktyoru Sümer Tilmaç xəstəxanaya yerləşdirilib.

Simsar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən il ağciyərindəki infeksiya səbəbiylə Antaliyadakı xəstəxanada bir müddət müalicə alan Sümer Tilmaçın səhhəti pisləşib. Müayinə olunmaq üçün xəstəxanaya gedən aktyor Florance Nightingale Xəstəxanasına yerləşdirilib. Ağciyərinə su toplandığı məlum olan Tilmaç müalicə olunmağa  başlayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!