18 Dekabr, 2014
Dəmirəl vəfat etdi

Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin qardaşı Hacı Əli Dəmirəl Ankaradakı evində vəfat edib.

Simsar.az "CNNTurk"ə istinadən məlumat verir ki, o, dekabrın 19-da dəfn olunacaq.

Hacı Əli Dəmirəl ailəsinin nəzarətində olan "Orma", "Haymak", "Terakki Kollektif", "Kuştur", "Göltaş" və "Peraja-Coca Cola" kimi şirkətlərə ortaq idi.

S.Dəmirəlin prezidentliyi dönəmində onun adı bir sıra maliyyə qalmaqallarında hallanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!