18 Dekabr, 2014
Corc Soros Ukrayna Milli Bankının rəhbəri ola bilər

Ukrayna Milli Bankının rəhbəri vəzifəsinə məşhur amerikalı milyarder Corc Soros təyin oluna bilər.

Simsar.az-ın xəbərinə görə, bu barədə Ukraynanın “112-ci telekanalı”na görə, Ali Radadakı mənbələrə və prezident Pyotr Poroşenkonun ətrafındakı şəxslərə istinadən məlumat yayıb.

Ukrayna Milli Bankının rəhbəri vəzifəsinə namizədlər arasında Beynəlxalq Valyuta Fondunun sabiq prezidenti Dominik Stross-Kanın adı da hallanır.

Ümumilikdə hazırda 5 nəfərin namizədliyi nəzərdən keçirilir. Onların arasında ABŞ Federal Rezerv Sisteminin nümayəndələri də var.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!