18 Dekabr, 2014
Putin Ərdoğanı “krepkiy mujik” adlandırdı

Simsar.az bildirir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Moskvada keçirilən ənənəvi brifinqdə Rusiya prezidentiVladimir Putin deyib.

V. Putin qeyd edib ki, Türkiyənin iştirakı olmadan bir çox regional məsələnin həlli mümkün deyil.

Avropanın Türkiyəni Rusiyaya qarşı sanksiyalara qoşulmağa vadar edəcəyinə əmin olduğunu deyən Rusiya prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana bəzi məsələləri ictimailəşdirməməyi təklif etdiyini, lakin onun bundan imtina etdiyini bildirib.

V. Putin Ərdoğanı “krepkiy mujik” (güclü xarakterə malik kişi-red.) adlandırıb.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!