18 Dekabr, 2014
Bu, Barak Obamanın ən sevimli filmidir

Ağ Ev rəhbəri Barak Obama siyasi müzakirələri bir kənara qoyaraq bu dəfə izlədiyi kinolardan danışıb.

Simsar.az ABŞ mediasına istinadən xəbər verir ki, ABŞ dövlət başçısı bu ilin ən uğrulu filminin “Boyhood” olduğunu hesab edib.

Mediaya açıqlamasında Barak Obama deyib ki, ABŞ istehsalı olan film həddindən artıq təsirlidir, maraqlı sujet xəttinə malikdir: “Riçard Linklaterin yaradıcılığı həmişə olduğu kimi bu dəfə də məni təəccübləndirdi. Onun müəllifi olduğu filmlər arasında seçim etmək çətindir. Düşünürəm ki, “Boyhood”a rəqib ola biləcək bu ilin kinoları arasında “Transformers” filmidir”.

Ağ ev rəhbəri deyib ki, bəzən kitabda olduğu kimi əsər ekranlaşdırıldıqda uğurlu alınmır: “Elə “Gone Girl” (Gedən Qız) kimi. Gone Girl kitabını oxumuşdum, çox maraqlı idi. Eyniadlı ekran əsərindən daha böyük uğur gözləyirdim, amma olmadı. Prezidentin xanımı da “Gone Girl” filmi haqda Obamanın fikirlərinə qatılıb”.

Nigar


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!