18 Dekabr, 2014
Azərbaycan millisi 2014-cü ili 135-ci pillədə başa vurdu

FİFA milli komandaların 2014-cü il üçün son reytinq siyahısını açıqlayıb. Simsar.az xəbər verir ki, cədvəldə Azərbaycan millisi 135-ci pillədə qərarlaşıb. Robert Prosineçkinin komandasının aktivində 215 xal var.

“Avro-2016”nın seçmə mərhələsində Azərbaycan millisinə rəqib olan komandaların mövqeyi aşağıdakı kimidir:

 

11. İtaliya – 1103

19. Xorvatiya – 946

66. Bolqarıstan – 506

67. Norveç – 500

147. Malta – 166

 

Reytinq cədvəlinə əvvəlki kimi Almaniya millisi başçılıq edir. 10-luq isə belədir:

 

1. Almaniya – 1725

2. Argentina – 1538

3. Kolumbiya – 1450

4. Belçika – 1417

5. Hollandiya – 1374

6. Braziliya – 1316

7. Portuqaliya – 1160

7. Fransa – 1160

9. İspaniya – 1142

10. Uruqvay – 1135

 

Qeyd edək ki, siyahıda Rusiya millisi 789 xalla 31-ci, Türkiyə isə 604 xalla 49-cudur.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!