18 Dekabr, 2014
“Bütün sivilizasiyalar məhz Azərbaycanda cəmləşir” - İrina Bokova

Simsar.az xəbər verir ki, YUNESKO xarici əlaqələr və ictimai məlumat sektorunun Üzv dövlətlər və tərəfdaşlar idarəsinin rəhbəri Genc Seiti YUNESKO-nun baş direktoru İrina Bokovanın tədbir iştirakçılarına ünvanladığı müraciəti oxuyub.

Müraciətdə bildirilir ki, Azərbaycan YUNESKO-nun fəal səylərini əsirgəməyən üzvünə çevrilib: “Azərbaycan YUNESKO-nun müvafiq sahələrinə böyük töhfələr verib. Bu töhfə xüsusilə də mədəni irsin qorunması sahəsində olub. Bu da birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə olub”.

Müraciətdə o da qeyd olunub ki, Azərbaycan canlı ənənələrin yaşadığı ölkələr sırasındadır: “Azərbaycan elə unikal yerlərdən biridir ki, bütün sivilizasiyalar məhz burada cəmləşir. Bu da ölkənin istər YUNESKO, istərsə də digər beynəlxalq təşkilatlarda lider kimi möhkəmlənməsində vacib addımlardan biridir”.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!