23 Aprel, 2011
Ramil Usubov Lənkəranda vətəndaşları qəbul edib

Lənkəran, Masallı və Cəlilabad rayonlarından olan 30-dan yuxarı vətəndaşı qəbul etdi

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Lənkəran şəhərinə gəlib.

Simsar.az -a bölgə müxbiri xəbər verir ki, nazir bu gün səhər saat 9:00–dan 12:00-a kimi Lənkəran, Masallı və Cəlilabad rayonlarından olan 30-dan yuxarı vətəndaşı qəbul edib, onların şikayət və xahişlərini dinləyib. Ramil Usubov polis orqanlarinin fəaliyyətinə dair məsələlərlə maraqlanıb, sakinlərin problemlərinin dərhal aradan qaldırılması üçün polis şöbələrinin xidmət rəislərinə tapşırıqlar verib.

Daxili işlər naziri Ramil Usubov martın 15-dən başlayaraq bölgələrdə vətəndaşların qəbulunu keçirir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!