17 Dekabr, 2014
Azərbaycanlı müğənni ana oldu

Simsar.az xəbər verir ki, axşam.az-a açıqlama verən sənətçi oğlu olduğunu deyib. O, uzun müddətdir sənətdən uzaqlaşmasının da səbəbinin bu olduğunu bildirib:

“Həkimlər dedi ki, sakitlik lazımdır. Ona görə buralardan getdim, Türkiyədə idim. Bir neçə gün əvvəl oğlum dünyaya gəldi. Adını Arif qoyduq. Artıq ara verdiyim sənətimə də geri qayıdıram”.

Qeyd edək ki, L.Soyuöz Dəniz adlı türkiyə vətəndaşı ilə ailəlidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!