17 Dekabr, 2014
15 yaşlı İŞİD-çi qız aeroportu ayağa qaldırdı

Britaniya polisi Londondan uçan təyyarəni geri qaytarıb.

Simsar.az-ın məlumatına görə, polis bunu 15 yaşlı qızın İŞİD-ə qoşulmasının qarşısını almaq üçün edib.

Polis uşağı saxlayaraq evinə qaytarıb. Lakin qızın Türkiyəyə gedən rəfiqəsi qaça bilib.

Bu tip hadisələr Britaniyada yenilik deyil. Hələ keçən ay polis britaniyalı yeniyetməni Londonun Xitrou aeraportunda terror aktı hazırladığı üçün ələ keçirmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!