17 Dekabr, 2014
Avropadan Fələstinə dəstək

Avropa Parlamenti Fələstini dövlət kimi tanıyan qətnamə qəbul edib.

Simsar.az-ın məlumatına görə, bu barədə qurumun rəsmi saytında qeyd edilir.

Qətnamədə deputatlar Yaxın Şərqdə sülh danışıqlarının davam etməsini dəstəkləyiblər. Mətndə deyilir ki, Avropa parlamenti Fələstin dövlətçiliyini hər iki ölkə üçün həll olaraq qəbul edir.

Bundan əlavə sənəddə İsrailin yaşayış məntəqələrinin (İordan çayının qərb sahilində və şərqi Qüdsdə) tikintisi beynəlxalq qanunvericiliyə əsasən qeyri qanuni adlandırılıb.

Bununla əlaqədar olaraq deputatlar hər iki tərəfi istənilən təxribatyönlü fəaliyyətdən çəkinməyə çağırıblar. Fələstin dövləti qurulduqda Qüdsün də bölünməyəcəyini bilən Avropa parlamenti şəhərin hər iki ölkənin paytaxtı olmasını təklif edir.

Qeyd edək ki, qətnamə 5 siyasi qrup tərəfindən və 498 lehinə, 88 əleyhinə, 111 bitərəf olmaqla qəbul edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!