17 Dekabr, 2014
100 İŞİD üzvü məhv edildi

Koalisiya qüvvələrinin İraqda reallaşdırdığı əməliyyat zamanı 100 İŞİD terrorçusu öldürülüb.

Simsar.az xəbər verir ki, işğal altında olan Mosulun azad edilməsi üçün hərəkətə keçən birləşmiş qüvvələr Şengal mahalına gedən terrorçulardan ibarət avtomobil karvanını darmadağın edib. Hücum zamanı 100-dən artıq terrorçu məhv edilib. Yaralılar barədə dəqiq məlumat yoxdur.

“Milliyət”in məlumatına görə, peşmərgə qüvvələri də fəallığı artırıb. Dünən gecə Ənbar əyalətində  gerçəkləşdirilən əməliyyat zamanı Mosulun şərqindəki kəndlər mühasirəyə alınıb. Yaranan qarşıdurma zamanı 15 İŞİD terrorçusu öldürülüb.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!