23 Aprel, 2011
"Tanıdım səni" kimsəsiz uşaqları niyə tanımadı?

SOS Uşaq Kəndinin uşaqlarını “indi bizi göstərəcəklə” desələr də...

Aprelin 16-da Atv-nin "Tanıdım səni" verilişi Gəncədə olub və Gəncə SOS Uşaq Kəndinin uşaqlarının çıxışını izləyib.
AZXEBER.COM-un məlumatına görə, münsiflər heyəti uşaqların çıxışını bəyənib və onlara "hə" deyib.
Veriliş 22 aprel tarixində efirə gedib. Çıxışlarını həyəcanla gözləyən uşaqlar verilişi sonadək izləyiblər amma özlərini görə bilməyiblər.
Uşaqlara əvvəlcə “hə” deyib, sonra onları efirə verməyiblər.
Qeyd edək ki,  "Tanıdım səni" verilişi regionlardan istedadlı insanları seçib, onları geniş auditoriyaya tanıtmaq məqsədilə ilə yaradılıb. Türkiyədə yayımlanan "Yetenek sizsiniz" yarışmasının bənzəri olan "Tanıdım səni" verilişinin aparıcısı Zaur Baxşəliyevdir. 

Məsələyə aydınlıq gətirmək üçün Simsar.az Zaur Baxşəliyevlə əlaqə saxlamaq istəsə də, aparıcı telefon zənglərimizə cavab vermədi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!