17 Dekabr, 2014
"Lokomotiv" növbəti mərhələdə

Qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsinin cavab görüşləri davam edir. Simsar.az saytının məlumatına görə, mərhələnin ikinci oyun günündə Azərbaycanın “Lokomotiv” klubu Serbiyanın “Srvena Zvezda” komandasını qəbul edib.

Səfərdə rəqibini darmadağın edən Bakı təmsilçisinin yerli azarkeşlər qarşısında bu üstünlüyü əldən verəcəyini inandırıcı görünmürdü. Kapitan Valeriya Russo zədə səbəbindən oynamayacağı halda belə “Lokomotiv” azarkeşləri qarşısında yenə istəyinə çatıb.

Belə ki, oyuna yaxşı başlayan Teon Buijsin yetirmələri ilk seti 25:22 hesabı ilə xeyrinə tamamlayıb. “Lokomotiv” ikinci hissəni isə bir qədər fərqli başa vurub – 25:20.

Lakin “Srvena Zvezda” 3-cü setə fəal start verərərk, hesab arasındakı fərqi azaldıb. Buna baxmayaraq, “dəmiryolçular” 4-cü hissədə səhvsiz oynayıb və göüşdən 3:1 hesablı qələbə ilə ayrılmağı bacarıb.

Beləliklə, “Srvena Zvezda”nı iki oyunda da məğlub edən “Lokomotiv” növbəti mərhələyə adlayıb.

 

17 dekabr

CEV kuboku

1/8 final, cavab oyunu

“Lokomotiv” (Azərbaycan) - “Srvena Zvezda” (Serbiya) - 3:1 (25:22, 25:20; 23:25; 25:23)

Hakimlər: Yanik Tomaş (Polşa), Kristina Fortu (Rumıniya)

Bakı, Voleybol Mərkəzi

İlk oyun: “Srvena Zvezda” (Serbiya) – “Lokomotiv” (Azərbaycan) – 0:3 (16:25; 21:25; 12:25)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!