17 Dekabr, 2014
“28 may”da sərnişin “tıxac”ı yaşandı

Metronun “28 may” stansiyasında sərnişin sıxlığı yaşanmaqdadır.

Simsar.az xəbər verir ki, sərnişinlərin ans press-ə verdiyi məlumata görə, Cəfər Cabbarlı Stansiyasından “28 May”a keçiddə sərnişin "tıxac"ı var. Sərnişinlər “tıxac”ın səbəbini bilmədiyindən təşvişə düşdüklərini bildiriblər.

“Bakı Metropoliteni” ASC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev verdiyi açıqlamada deyib ki, "28 may"da yaşanan hadisə sərnişin çoxluğundan baş verib:

“Narahatçılığa heç bir əsas yoxdur. Sadəcə “pik” saatlar olduğundan sərnişin sayı artır və nəticədə bu hallar baş verir”.

Qeyd edək ki, axşam saatlarda avtobuslarla tıxaca düşdüyündən sərnişinlər metrodan istifadəyə daha çox üstünlük verir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!