17 Dekabr, 2014
“Türkiyə Avropa İttifaqına yalvarmayacaq” - ƏRDOĞAN

“Türkiyə Avropa İttifaqına (Aİ) ölkənin bu struktura qəbul edilməsi üçün yalvarmayacaq”.

Simsar.az-ın xəbər verir ki, “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident bildirib: “Aİ fikirləşməsin ki, Türkiyə sonadək onun qapılarını döyəcək”.

Qeyd edək ki, Türkiyənin Aİ-yə daxil olması üzrə rəsmi danışıqlar 2005-ci ildə başlayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!