23 Aprel, 2011
“Amfibya adam” -dakı məşhur aktyor öldü

Mixail Kozakov İsrail klinikalarının birində həyatını itirib

Məşhur sovet və rus aktyor və rejissoru Mixail Kozakov vəfat edib.

Simsar.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, aktyor İsrail klinikalarının birində həyatını itirib. 

Qeyd edək ki, Mixail Kozakov öz karyerası ərzində Moskva müxtəlif teatrların səhnələrində rol alıb, eyni zamanda kinolarda çəkilib. Bu filmlər sırasında “Amfibya adam”, “Küləş şlyapa” və digərləri var.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!