17 Dekabr, 2014
Anarın “Göz muncuğu”nun imza günü keçirildi - FOTOLAR

Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda xalq yazıçısı Anarın yeni işıq üzü görmüş “Göz muncuğu”kitabının imza günü keçirilib.  İmza mərasimindən  keçirilən tədbirdi AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq kitab haqqında öz fikirlərini bildirib. O bildirib ki, xalq yazıçısının təqdim etdiyi  yeni povest olduqca ciddi bir əsərdir.  Kitaba ön sözü gənc yazar, Anar yaradıcılığının tədqiqatçısı Pərvin yazıb. Tədbirdə bir çox tanınmış qələm adamları, təqidçilər də çıxış ediblər. Kitab haqqında öz fikirlərini bölüşüblər.

Günel

Foto: Nuranə Novruz

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!