23 Aprel, 2011
ABŞ dövlət katibinin müşaviri Azərbaycana gələcək

İkitərəfli əməkdaşlıq perspektivlərinin müzakirəsi planlaşdırılır

ABŞ dövlət katibinin Cənubi Qafqaz regionu üzrə müşaviri Tina Kaydanov bazar günü gecə Azərbaycana qısamüddətli səfərə gələcək. Bu barədə şənbə günü Simsar.az -a ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kis Bin məlumat verib.

Kaydanovun rəsmi görüşləri bazar ertəsinə planlaşdırılıb. Görüşlərdə ikitərəfli əməkdaşlıq perspektivlərinin müzakirəsi planlaşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!