17 Dekabr, 2014
“AXCP-yə bolşeviklər rəhbərlik edir” - SƏRDAR CƏLALOĞLU

“Azərbaycan müxalifətində, xüsusiylə Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) bolşevik idologiyası var”.

Bunu Simsar.az-a açıqlmasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdər Cəlaloğlu deyib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikirlərinə sərt reaksiya verən partiya sədri bildirib ki, AXCP-nin iqtidarla danışığa getməyi satqınlıq hesab etməsi sovetlərin təfəkkürünə xasdır: “O zaman Lenin də bu ideologiya ilə siyasət qurmuşdu. O, demokratiyanı çoxluq kimi görürdü. Hesab edirdi ki, azlıq çoxluğu öldürməlidir. Eyniylə Azərbaycan müxalifətində özünü radikal qüvvə hesab edənlər də bolşeviklərdir. Bunların beynində belə bir fikir var ki, bir saatlıq hakimiyyətə gəlsinlər, həmin an onlara qarşı çıxan qüvvələri öldürsünlər. Çünki onlar bolşevikdilər. Bu təfəkkürdən imtina edə bilmirlər”.

Onun sözlərinə görə, komsomolun sıralarında möhkəmlənmiş, Komunist Partiyasının sıralarında daşlaşlaşmış insanların demokratiya uğrunda müabrizəsi yalnız belə ola bilər.

Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bir sıra müxalifət partiyasının iqtidarla dialoqunu satqınlıq kimi qiymətləndirib.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!