17 Dekabr, 2014
AMEA-da Məmməd Arif Dadaşzadənin xatirəsi anıldı

Bu gün  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda böyük insan, görkəmli ədəbiyyatşünas, akademik Məmməd Arif Dadaşzadənin 110 illik yubileyinə həsr edilmiş “Böyük ədəbiyyatşünaslıq irsi və müasirlik” mövzusunda elmi konfrans keçirilib.

Simsar.az xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, alimin məzarını ziyarət ediblər. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bağlı keçirilən elmi konfransda tanınmış elm adamlarının, ədəbiyyatşünasların məruzələri dinlənilib.

Konfransda “Akademik Məmməd Arif və Azərbaycan ədəbiyyatı”, “M.A.Dadaşzadənin ədəbiyyat nəzəriyyəsi görüşləri”, “M.A.Dadaşzadə və dünya ədəbiyyatı” və s. mövzularda məruzələr oxunub

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!