16 Dekabr, 2014
66 jurnalist öldürülüb

Sərhədsiz Reportyorlar Təşkilatının hesabatına görə, bu il 66 jurnalist öldürülüb.

Simsar.az-ın məlumatına görə, buna baxmayaraq, rəqəm 2013-cü ildə öldürülən jurnalistlərin sayından 7 faiz azdır.

Ancaq hesabata görə,Suriyada jurnalistlərin başının kəsilməsi münaqişələri işıqlandıran jurnalistlərin işinin təhlükəsini göstərir.

Dekabrın 16-da yayılan hesabatda deyilir ki, oğurlanan jurnalistlərin sayı son bir ildə 37 faiz artıb və 119-a çatıb. Bunlardan 33-ü Ukraynada oğurlanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!