16 Dekabr, 2014
Qənirə Paşayeva: "Allah cəzalarını versin"

Millət vəkili Qənirə Paşayeva öz "facebook" səhifəsində status olaraq paylaşıb

Savadsızlığın, cahilliyin sonu budur. Taliban Pişəvarda okula, məktəbə hücum edib 100-dən çoxu cocuq olan 148 şagird və müəllim öldürüb,150 dən çox insan yaralanıb. Ölənlərə Allahdan rəhmət, yaralılara acil şəfalar diləyirik. Qardaş Pakistanın başı sağ olsun. Üzüntülərini, acılarını bölüşürük. Özünə müsəlman deyən və bunu kəskin lənətləməyən bir insan varsa buraxın müsəlman olmağına, insan olmağına şübhə edərəm. Bunu törədənləri lənətə gəlsin. Allah cəzalarını versin. Bu qədər insanın öldürmək kimi bir vəhşiliklə yanaşı bütün müsəlman dünyasına, müsəlmanlara dünyada münasibətə nə qədər böyük zərvə vururlar. Ey müsəlmanlar, uşaqlarınızı oxudun, təhsil, elm verin.Din adı altında çirkin işlərlə, insanlığa və islama zərbə vuranlardan uzaq tutun.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!