16 Dekabr, 2014
İŞİD-lə bağlı daha bir şok

İŞİD terror təşkilatının hərbi düşərgələrində olan uşaqlardan ən kiçiyinin 5 yaşı var.

Simsar.az-ın məlumatına görə, bunu BMT Təhlükəsizlik Şurasının iclasında BMT baş katibinin müavini Valeri Amos deyib. Onun sözlərinə görə, İŞİD terror qruplaşması özünün hərbi düşərgələrində uşaqlarla məşq edərək onları terrorçu kimi hazırlayır. Uşaqlar təlimləri Suriyanın Raqqa şəhərində keçirlər.

O, həmçinin qeyd edib ki, humanitar yardıma ehtiyacı olan uşaqların sayı 5,6 milyona çatıb. Halbuki 2014-cü ilin fevral ayında bu rəqəm 4 milyon olub.

"Bundan başqa, uşaqlar öldürülür, işgəncələrə, cinsi zorakılığa məruz qalırlar. Təəssüf ki, qəddarlıq, zorakılıq və insan həyatına qarşı laqeydlik 2011-ci ilin martından başlayan münaqişənin əsas xarakterik cəhətləri olub", - deyə Valeri Amos əlavə edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!